BMT: 7 milyondan çox yəmənli pis qidalanmadan əziyyət çəkir 20 Sentyabr 2021 10:04 Yəmən 7,6 milyon yəmənli pis qidalanmadan əziyyət çəkir. Maide.Az İRNA-a istinadla xəbər verir ki, bunu BMT-nin Yəməndəki Humanitar İşlərin Əlaqələndirilməsi Ofisi (OCHA) verdiyi açıqlamada bildirib. Məlumatda bildirilir ki, pis qidalanmadan əziyyət çəkən yəmənlilərdən 2 milyon 300 min nəfəri uşaqlardır. 1 milyon 200 min nəfər isə hamilə və südəmər körpəsi olan qadınlardır. Həmin hamilə və südəmər körpəsi olan qadınların müalicəyə ehtiyacı var. Məlumatda qeyd olunur ki, cari ildə Yəməndə müalicə xərclərinin 11 faizi üçün maliyyə təminatı olunub. Qeyd olunub ki, Yəməndə 20 milyon nəfərin tibbi xidmətlərə ehtiyacı var. Açıqlamada qeyd olunub ki, Yəməndə xəstəxanaların 51 faizi tam potensialı ilə fəaliyyət göstərir. Yəmənin 333 şəhərindən 67 şəhərində həkim fəaliyyəti mövcuddur. Orta hesabla hər 10 dəqiqədən bir bir uşaq müalicə oluna biləcək xəstəlikdən həyatını itirir. Xatırladaq ki, 2015-ci ildən bu günə kimi Səudiyyə Ərəbistanı və müttəfiqləri Yəmənə təcavüz edir. Hərbi təcavüz nəticəsində on minlərlə insan həyatını itirib, milyonlarla insan xəstəliyə məhkum olub və məcburi köçkün vəziyyətinə düşüb. Səudiyyə və tərəfdaşları dəniz və havadan blokada şəraitində olan Yəmənə zəruri ərzaq və tibbi ləvazimatın daxil olmasına mane olur. Hazırda blokada nəticəsində milyonlarla yəmənli ağır şərtlər altında yaşamağa məcburdur. Dünya Səhiyyə Təşkilatı və UNICEF də daxil olmaqla bir çox beynəlxalq təşkilatlr Yəmən xalqının son əsrdə görünməmiş aclıq və humanitar fəlakətlə üzləşdiyi barədə dəfələrlə xəbərdarlıq ediblər. Teqlər : #BMT:,#milyondan,#çox,#yəmənli,#pis,#qidalanmadan,#əziyyət,#çəkir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru BƏƏ Yəmənin Sokotra adasında işğalçı İsrail rejimi üçün casusluq yuvası qurur Təcavüzkar Səudiyyə qırıcılarının hücumu nəticəsində Yəməndə bir ailənin 7 üzvi şəhid olub
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'