Bağdadda partlayış: 11 ölü, 47 yaralı -VİDEO

Bağdadda partlayış: 11 ölü, 47 yaralı -VİDEO

İraqın paytaxtında Karrada bölgəsində  dondurma satılan mağazanın yaxınlığında partlayıcı qurğu ilə yüklənmiş avtomobil partlayıb.
 
Maide.Az-ın məlumatına görə, hadisə nəticəsində 11 nəfər ölüb, daha 47 nəfər isə xəsarət alıb.
 
Partlayışda həlak olanların və yaralananların əksəriyyəti qadınlar və uşaqlardır.   
 
İŞİD terror qruplaşması partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.
 
 

Google+ WhatsApp ok.ru