Bağdadda partlayışlar: 8 ölü, 21 yaralı

İraqın paytaxtı Bağdadda bir neçə güclü partlayış törədilib.
 
Maide.az xəbər verir ki, terrorçular əvvəlcə Bağdadın Ur ticarət mərkəzinin yaxınlığındakı bombanı işə salıblar.
 
Bu zaman 2 nəfər ölüb, 6 nəfər yaralanıb.
 
Daha sonra paytaxtın cənubundakı Əl-Yusifiyyə bölgəsində bazarda bomba partladılıb. Bu hadisədə də 4 nəfər ölüb, 7 nəfər yaralanıb.
 
Ət-Topci mağazaları yaxınlığında törədilən terror aktı nəticəsində isə 2 nəfər ölüb, 8 nəfər yaralanıb.
 
Qeyd edək ki, İŞİD terror qruplaşmasının üzvləri Bağdadda tez-tez terror aktları həyata keçirirlər./

Google+ WhatsApp ok.ru