Bağdadinin müavini Türkiyədə

Bütün dünyanın İŞİD-ə qarşı birləşdiyi bir vaxtda Türkiyənin "Tərəf" qəzeti dövlət xəstəxanalarında İŞİD terrorçu qrupunun liderləri və üzvlərinin müalicə olunması haqda xəbərləri manşetlərə çıxarıb.
 
Ölkənin rəsmi mənbələri isə bu yaralıların Suriya müxalifətinin üzvləri olduğunu iddia edir.
 
"Anadolu" Agentliyinin məlumatına görə, yaralı döyüşçülər Suriyanın Dir əz-Zur və Raqqa vilayətlərindən Türkiyəyə gətirilib. Lakin Raqqa İŞİD-in Suriyada yerləşdiyi əsas ərazilərdəndir.
 
Qəzet yazır ki, 8 İŞİD lideri Türkiyənin cənubundakı xüsusi xəstəxanada müalicə olunublar və dövlət tərəfindən nəqliyyat, müalicə xərcləri ödənib.  

Google+ WhatsApp ok.ru