Bağdad terrorunda məsuliyyəti İŞİD öz üzərinə götürdü

Bağdad terrorunda məsuliyyəti İŞİD öz üzərinə götürdü

İraqın paytaxtı Bağdadda təşkil edilən kamikadze hücumunda 7 nəfərin ölməsi və 16 nəfərin yaralanması ilə nəticələnən terror hücumunun məsuliyyətini İŞİD terrror qruplaşması öz üzərinə götürüb. 

 Bu barədə İŞİD terror qruplaşmasının media mərkəzi "Amaq" məlumat yayıb. 

 Qeyd edək ki, mayın 9-da Bağdadın şərqindəki əl-Cəmilə bölgəsində yerləşən bir bazarda terror aktı təşkil olunub.

Hadisə kamikadzenin üzərindəki bombanı partlatması nəticəsində baş verib. Hücumda ilkin versiyalara görə, 7 nəfər həyatını itirib, 16 nəfər yaralanıb.  /eastnews.org/

Google+ WhatsApp ok.ru