Baltimorda etiraz aksiyası 17 Dekabr 2015 02:00 Dünya Amerikanın Baltimor şəhərinin əhalisi polisin sərtlik və irqçliyi və ədliyyə strukturunun qatil polislərlə əlbir olmasına etiraz olaraq küçələrə axışıb. Maide.az xəbər verir ki, Baltimor şəhərinin məhkəmə hakimi ötən gün apreldə qaradərili gənci qətlə yetirən polis zabitinin işinin araşdırılmasında məhkəmənin səlahiyyətli olmadığını bildirib. Bundan sonra əhali məhkəmənin bu qərarına etiraz olaraq küçələrə axışıb. Məhkəmə andlıları 16 saat müzakirədən sonra Uilyam Porterin ittihamları barədə rəy verə bilməyiblər. Buna görə də məhkəmə hakimi andlıların səlahiyyətinin olmamasını elan edərək məhkəməyə son verib. Porter Freddie Grayın qətlində ittiham və mühakimə olunan 6 polis zabitindən biridir. Polis təcridxanasında bu qaradərili gəncin qətlə yetirilməsi aprel ayında polisin irqçilik və sərtliyinə etiraz olaraq küçə aksiyaları və üsyana səbəb oldu. Porterin mühakiməsi yeni andlıların iştirakı ilə yeni məhkəmədə tezliklə keçirilməlidir. Məhkəmənin natamam sona çatması ədliyyə strukturunun yararsızlığına etirazı gücləndirib və etirazlar zamanı ən azı 2 nəfər həbs olunub. / Teqlər : #Baltimorda etiraz aksiyası, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İngiltərə müsəlmanları seldən əziyyət çəkən insanlara yardım etdi - FOTO Ali-Xəlifə hərbçiləri etirazçılara hücum edib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO