Baş nazir din rəhbərləri ilə görüşdü

Bu gün Gürcüstanın baş naziri Irakli Qaribaşvilinin din rəhbərləri ilə görüşü oldu.
Maide.az-ın məlumatına görə, Bu gün Gürcüstanda dini durumun vəziyyəti və ölkədəki mövcud ənənəvi dinlərin dini, mənəvi zəmində olan ehtiyacları ilə tanış olmaq üçün ölkənin Baş naziri İrakli Qaribaşvilinin İslam və digər ənənəvi dini konfessiya nümayəndələri ilə görüş keçirdi.
Görüşdə Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşaxmadze 6 aylıq vəzifədə olduğu müddətə baş verən yeniliklər və görülən işlər barədə və Baş nazirin təşəbbüsü ilə dinlərə ayrılan maliyyə vəsaitinin artıq onların hesabına verilməsi, dini məkanların qeydiyyatına başlaması və görüləcək digər işlər haqda məlumat və hesabat verdi.
Gürcüstan Müsəlmanları İadarəsinin şeyx və müftiləri çıxışlarında son zamanlar dinə göstərdikləri qayğıdan və ayrılan maliyyə vəsaitindən və Baş nazirin sərəncamı ilə yaradılan dinlər arasında vasitəçi qurumun yaranmasından dolayı ölkə rəhbərinə təşəkkür etdilər və ölkədə dini qanunun yeni ildə qəbul edilməsi barədə fikir və təkliflərini bildirdilər./


 

Google+ WhatsApp ok.ru