Banqladeşdə `Camaati İslami` liderinə ömürlük həbs cəzası verildi 18 Sentyabr 2014 01:00 Dünya Banqladeş Apelyasiya Məhkəməsi "Camaati İslami" liderlərindən olan Dilvar Hüseyn Seyidiyə verilən edam cəzasını ömürlüklə əvəzləyib. Qərarın verilməsindən sonra Banqladeş "Camaati İslami" Hərəkatı etiraz üçün 24 saatlıq milli tətil çağırışı edib. Maide.az-ın məlumatına görə, Seyidinin oğulu Məsud Seyidi açıqlamasında məhkəmənin cəzanı yüngülləşdirməsinin kafi olmadığını söyləyib. Polis isə müharibə cinayətlərinə görə məhkum olan hər kəsin edamını tələb edən bir qrup nümayişçini dəyənək və təzyiqli su ilə dağıdıb. 2009-cu ilin iyunundan bəri həbsdə olan Hüseyn Seyidiyə 2013-cü ilin fevralında Banqladeşin müstəqilliyini qazandığı 1971-ci ildə törədilən müharibə cinayətlərini araşdıran yerli məhkəmə tərəfindən edam cəzası verilib. Qərardan sonra baş verən qarşıdurmalarda 70-dən çox adam dünyasını dəyişmişdi. "Camaati İslami"nin baş katib köməkçisi Əbdülqadir Molla haqqında verilən edam qərarı isə edamın tətbiq olunmamasına dair beynəlxalq çağırılara baxmayaraq, Banqladeş rəhbərliyi tərəfindən 12 dekabr 2013-cü ildə icra olunmuşdu. Teqlər : #Banqladeşdə `Camaati İslami` liderinə ömürlük həbs cəzası verildi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru UNİCEF: Dünyada hər gün 17 min uşaq ölür Yəməndəki qarşıdurmalarda 50-dən çox insan öldü
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO