Barak Obama: “ABŞ və müttəfiqləri İranla tarixi anlaşma əldə etdi”

ABŞ prezidenti Barak Obama aprelin 2-də İranın nüvə proqramına dair razılaşmanı alqışladığı bildirib. "ABŞ öz müttəfiqlərilə nüvə səhəsində İranla tarixi anlaşmaya gəldi. Hansı ki, razılaşmanın yerinə yetiriləcəyi təqdirdə dünya daha təhlükəsiz olacaq", - deyə ABŞ prezidenti mətbuata açıqlamasında bildirib.
 
Barak Obama əldə olunan razılaşmanı "yaxşı anlaşma" adlandırıb. O, bir daha əmin olduğunu bildirərək görülən işlərin ABŞ, müttəfiqləri və bütün dünyanın təhlükəsizliyi naminə edildiyini bildirib.
 
Barak Obama eyni zamanda bildirib ki, əldə olunan razılaşma Tehranı bir sıra şərtləri yerinə yetirməyə məcbur edir. "İranda dünyanın hər hansı başqa ölkəsindən fərqli olaraq daha tez-tez yoxlamalar keçiriləcək. Biz İslam Respublikasının nüvə fəaliyyətlətlərini intensiv halda müşahidə edəcəyik", - deyə Obama bildirib.
 
ABŞ prezidenti bunun müqabilində beynəlxalq birliyin İrana qarşı sanksiyaları aradan qaldırmağa başlayacağını açıqlayıb. “Əgər Tehran öhdəliklərini yerinə yetirməsə, onda sanksiyalar qaytarıla bilər", - deyə Obama iddia edib.
 
Obama sionist İsrail rejimini də İranla razılaşmaya dəstək verməyə çağırıb. "İsrail həqiqətən İranın nüvə silahı əldə etməsinin qarşısını almaq istəyirsə, bu, ən yaxşı variantdır", - deyə o bildirib. Obama bu məsələ ilə bağlı İsrail ilə əlavə ətraflı məsləhətləşmələr aparmaq üçün öz köməkçilərinə təlimat verəcəyini bildirib.
 
Ağ Ev rəhbəri eyni zamanda bu razılaşmanı ABŞ-SSRİ razılaşmaları ilə müqayisə edərək, onların ideal olmadığını, bütün tərəfləri razı salmadığını, lakin, dünyanı daha təhlükəsiz etdiyini bildirib.itartas /
 

Google+ WhatsApp ok.ru