Barselonada terror aktı: 13 ölü, 119 yaralı (YENİLƏNİB) (VİDEO)

Barselonada terror aktı: 13 ölü, 119 yaralı (YENİLƏNİB) (VİDEO)

(Yaralıların sayı əlavə olunub) 

Barselonada terror aktı nəticəsində 18 ölkədən 13  nəfər həlak olub, xəsarət alanların sayı isə 119 nəfərə çatıb.

Xəsarət alanlardan 15 nəfərin vəziyyəti kritikdir.  Ölənlərin sayının artacağı istisna olunmur.  

İŞİD terror aktının məsuliyyətini üzərinə götürüb.

***

 
İspaniyanın Barselona şəhərində mikroavtobus kütlənin üzərinə sürülüb.
 
Maide.Az xəbər verir ki, hadisə şəhərin mərkəzində, Rambla küçəsində qeydə alınıb.
 
Reuters agentliyin məlumatına görə, terror aktı nəticəsində azı 13 nəfər ölüb.
 
Ən az 32  nəfərin xəsarət aldığı bildirilir. Xəsarət alanlardan bəzisinin durumu ağırdır. 
 
Sürücü hadisə yerindən qaçıb.
 
Polis hadisəni terror aktı kimi dəyərləndirir.
 
 

Google+ WhatsApp ok.ru