Baykal: `Məclisi idarə edəcəyəm, amma səs verməyəcəyəm`

CHP millət vəkilləri tərəfindən Məclis sədrliyinə namizəd göstərilən Türkiyə Böyük Millət Məclisinin müvəqqəti rəhbəri və Antalya millət vəkili Dəniz Baykal Antalya Jurnalistlər Cəmiyyəti (AGC) ilə görüşdə mətbuat nümayəndələrinin suallarını cavablandırıb.
 
Maide.az xəbər verir ki, seçkilərdən sonra yaşı ən böyük millət vəkili olaraq Türkiyə Böyük Millət Məclisinin müvəqqəti rəhbəri olduğunu xatırladan Baykal, müvəqqəti sədrin namizəd olması və səs vermə hallarını həm Böyük Millət Məclisinin heyətindəki, həm də xaricdəki hüquqşünaslara araşdırtdırdığını deyib.
 
Müvəqqəti rəhbərin Türkiyə Böyük Millət Məclisinin namizədi olması halında iclası idarə etməsinə mane olacaq nə hüquqi, nə siyasi, nə də təcrübədən qaynaqlanan bir nümunə olmadığını vurğulayan Baykal, bu səbəbdən sabahkı iclası idarə edəcəyini qeyd edib.
 
Yenə qanuni bir problem olmamasına baxmayaraq, öz qərarı ilə səs verməyəcəyini açıqlayan Baykal, "Hüquqi bir maneə olmadığı halda zehinlərdə bir tərəddüd qalmamasın, etik problem anlayışı ortaya çıxmaması üçün sabahkı iclasda səs verməyəcəyəm. Məclisi idarə edəcəyəm, amma o turlar zamanı mən səs verməyəcəyəm", - deyib.

Google+ WhatsApp ok.ru