Belçikada işğalçı İsrailin 'ilhaq' planı əleyhinə etiraz aksiyası keçirilib – FOTO 29 İyun 2020 09:35 Fələstin Brüsseldə, İsrailin işğal etdiyi Qərb Sahilindəki qanunsuz yəhudi yaşayış məntəqələrinin tikintisinə və işğalçı rejimin fələstin torpaqlarına dair yeni "ilhaq" planına qarşı etiraz aksiyası keçirilib. Maide.Az “Anadolu”agentliyinə istinadla xəbər verir ki, ABŞ-ın Brüsseldəki səfirliyi yaxınlığındakı Trone Meydanına toplaşan yüzlərlə fəal və bir çox insan haqları təşkilatı üzvləri işğalçı İsrail rejim əleyhinə şüarlar səsləndirib. Etiraz aksiya iştirakçıları üzərində "Yaşasın Fələstin", "Fələstin torpaqlarının ilhaqına yox", "Fələstin əziyyət çəkir" və "Müqavimət göstər Fələstin" yazılmış plakatlar daşıyıb. Etirazçılar işğalçı İsrail rejiminə qarşı sanksiyalar tətbiq etməyi tələb edib. Polis əllərində Fələstin bayraqları daşıyan nümayişçilərin ətrafında sıx təhlükəsizlik tədbirləri görüb. Qeyd edək ki, İsrail yaxın zamanlarda işğal edilən İordan çayının qərb sahilindəki İordan vadisinin və sonradan salınan 121 massivin üzərində suverenliyini elan etməyi planlaşdırır. Adıçəkilən ərazilər ABŞ prezidenti Donald Trampın "Əsrin Sazişi" planında da İsrailin ərazisi kimi təqdim edilib. Teqlər : #Belçikada,#işğalçı,#İsrailin,#'ilhaq',#planı,#əleyhinə,#etiraz,#aksiyası,#keçirilib,#–,#FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İsrail rejiminin qırıcıları Qəzzanı bombaladı Fələstin müqaviməti ilhaq planına qarşı 1 iyulu ‘Qəzəb günü’ elan etdi
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar