Belçikanın paytaxtı Brüsseldə hava limanı və metroda partlayışlar: 23 ölü - FOTO-VİDEO-YENİLƏNİB2

 
Belçikanın paytaxtı Brüsseldə hava limanı və metroda baş vermiş  partlayışlarda ən az 23 nəfər həlak olub, onlarla insan yaralanıb. 
 
Maide.az xəbər verir ki, Brüssel aeroportunda baş vermiş partlayışlar nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb. VRT telekanalının məlumatına görə, yaralıların sayı 35 nəfərdir.
İlkin məlumata əsasən, metroda baş vermiş partlayışlar nəticəsində isə 10 nəfər həlak olub.
 
Metroda baş verən partlayışlardan sonra  metronun və şəhərin mərkəzində nəqliyyatın fəaliyyəti tam dayandırılıb.
Brüsseldə təhlükəsizlik səviyyəsi ən yüksək həddə çatdırılıb.  
 
****
 
Belçikanın paytaxtı Brüsseldə hava limanında baş vermiş  partlayışlarda ən az 13 nəfər həlak olub, 35 nəfər yaralanıb.
 
maide.az xəbər verir ki, partlayışlardan öncə hava limanında atəş səsləri  eşidilib. 
Hazırda hava limanının fəaliyyəti dayandırılıb. 
Xəbər qaynaqları hava limanında  çox miqdarda partlayıcı madəə aşkarlandığını bildirir. 
 
Metroda partlayış 
 
Xəbər qaynaqları həmçinin Brüsseldə  bir neçə  metro stansiyasında da partlayış baş verdiyini bildirir.  Məlumata görə,  bir neçə nəfərdə metrodakı partlayışda həlak oluib və yaralanıb.
 
 
***
 
Belçikanın paytaxtı Brüssel şəhərində iki partlayış baş verib.
 
Musavat.com-un Türkiyənin NTV kanalına istinadən verdiyi məlumata görə, partlayış Brüsselin hava limanında törədilib.
 
Belçika rəsmiləri bu partlayışların terror aktı olduğunu bildiriblər.
 
İlkin məlumatlara görə, 11 nəfər həlak olub, 25 nəfər isə yaralanıb. Hava alanındakı sərnişinlər evakuasiya edilib.
 
Terrorda yaralananlar hava alanının yaxınlığında olan bir otelə yerləşdiriliblər. Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.
 
Belçikada hazırda ciddi çok yaşanır. Çünki iki partlayışın törədildiyi hava limanı Brüsselin ən ciddi çəkildə mühafizə edildiyi ərazidə yerləşir.
 
Belə ki, hava limanının yaxınlığında NATO-nun Baş Qərargahının ofisi də daxil olmaqla, bir çox önəmli dövlət idarələrinin binaları yerləşir. İlkin ehtimallara görə, partlayışların İŞİD terror təşkilatı tərəfindən törədildiyi bildirilir. Bu terror aktlarından sonra Brüsseldə metro da daxil olmaqla, bütün nəqliyyatın hərəkəti dayandırılıb.
 
Polis orqanları növbəti partlayıçların ola biləcəyini istisna etmirlər və bu səbəbdən də ölkə paytaxtını tam nəzarətə almağa çalışır. /
 
 
 

 

 
 
 
 

Google+ WhatsApp ok.ru