Belçika parlamenti işğalçı İsrailin Fələstin ərazilərinin ilhaqı planına qarşı çıxdı 26 İyun 2020 15:46 Fələstin Belçika parlamenti işğalçı İsrailin Fələstin ərazilərinin ilhaqı planına qarşı qanun layihəsi ilə bağlı qərarını açıqlayıb. Maide.az xəbər verir ki, Yaşıllar Partiyası tərəfindən parlamentə təqdim edilən qanun layihəsi 101 səslə qəbul edilib. Qanun layihəsində Belçika hökumətinin İsrailin təktərəfli olaraq Qərbi Şəriyənin bəzi bölgələrini və ya Fələstin torpaqlarını ilhaq planına qarşı hərəkət etməli olduğu vurğulanır: “Əgər İsrail ilhaq planını həyata keçirərsə, Belçika hökuməti ona qarşı Avropa ərazisində cinayət tədbirlərinin qaldırılması üçün səy göstərməlidir”. Digər tərəfdən, bu gün parlamentdə Fələstinin dövlət olaraq tanınması üçün başqa bir qanun layihəsinin də təqdim olunması da gözlənilirdi. Ancaq məsələ ilə bağlı müzakirələr gələn həftənin çərşənbə gününə təxirə salınıb. Teqlər : #Belçika,#parlamenti,#işğalçı,#İsrailin,#Fələstin,#ərazilərinin,#ilhaqı,#planına,#qarşı,#çıxdı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru BMT TŞ işğalçı İsrailin ‘ilhaq planı’nın ləğvini tələb etdi HƏMAS rəsmisi çağırış etdi
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar