Beynəlxalq Amnistiya Şeyx Əli Salmanın dərhal azad olunmasını tələb etdi

Beynəlxalq Amnistiya təşkilatı Şeyx Əli Salmanın mühakimə olunması prosesini ciddi şəkildə izlədiyini bildirərək onun dərhal azad edilməsini istəyib.
 
Maide.az-ın məlumatına görə, Beynəlxalq Amnistiya Təşkilatının Yaxın Şərq və Afrika məsələləri üzrə direktorunun müavini Səid Bumduhə bildirib ki, biz illərlə öncədən Bəhreynin əl-Vifaq Cəmiyyətinin baş katibi Şeyx Əli Salmanın açıqlamalarını ciddi şəkildə izləmişik. Şeyx Əli Salman heç vaxt kobudluqdan istifadəyə dəvət etməmiş, hətta işarə belə etməmişdir. O mövqeyi və əqidəsinə görə həbs olunmuşdur. Biz həmişə onun dərhal azadlığını istəmişik və istəyəcəyik: "Biz Şeyx Əli Salmanın mühakimə prosesini həmişə izləyir və onun həbs olunduğu zamandan azad olunmasını istəmişik. Çünki ona qarşı irəli sürülən ittihamlar barədə heç bir fakt yoxdur. Şeyx Əli Salman uzun müddətdir Ali-Xəlifə rejiminin həbsindədir və dəfələrlə saxta ittihamlarla mühakimə olunmuşdur. Onun həbsi ictimai və beynəlxalq etirazlara səbəb olmuşdur."

Google+ WhatsApp ok.ru