Beynəlxalq təşkilat Səudiyyədəki edamla bağlı bəyanat verdi 25 Aprel 2019 08:58 Dünya Əhli-beyt (ə) Beynəlxalq Asambleyası bəyanat yayaraq Ali Səud rejiminin 33 şiə fəalı edam etməsini pisləyib və bu ölkədəki Əhli-beyt (ə) ardıcıllarına başsağlığı verib. Maide.Az xəbər verir ki, Əhli-beyt (ə) Beynəlxalq Asambleyasının bəyanatında bildirilir: “İnna lillah və inna ileyhi raciun “Onlar möminlərə yalnız (sifətləri və işləri) həmd olunmuş, yenilməz qüdrət sahibi olan Allaha iman gətirdiklərinə görə eyib və irad tuturdular." “Buruc” surəsi, ayə 8” Ali Səud rejimi özünün Səudiyyə Ərəbistan xalqı və region xalqları o cümlədən Yəmən, Suriya və İraq xalqları əleyhinə törətdiyi terror və təcavüz hərəkətlərinin davamında daha bir cinayətə imza atıb. Belə ki, bu cinayətkar rejim 30-dan çox mömin və müsəlman vətəndaşını başının kəsilməsi ilə edam edib. Bu 33 günahsız şəxslər Qətif və Əş-Şərqiyyə bölgəsindən olan şəxslərdir ki, onlar söz azadlığı və dinc yaşam hüququ üçün etiraz etmişdilər. Ali Səud rejimi öz cinayət əməllərini və özbaşnalığını bundan öncə də Hicaz yarımadasının məzlum xalqına qarşı, necə ki, şəhid mücahid Şeyx Baqir Nimrə və Yəmən xalqına qarşı törədib. Artıq 7 ilə yaxındır ki, Yəmən xalqı Ali Səud rejiminin cinayətlərinə şahiddir, bu rejim Yəməndə uşaqları, qadınları və yaşlıları qətlə yetirir. Əhli-beyt (ə) Beynəlxalq Asambleyası Səudiyyə Ərəbistanın Qətif, Ehsa, Mədinə və digər bölgələrində yaşayan Əhli-beyt (ə) aşiqlərinin dərdinə şərik olduğumuzu bildirir və Səudiyyə Ərəbistanının günahsız və dəyərli vətəndaşları haqqında törədilmiş bu böyük cinayəti pisləyirik. Dünyanın azad düşüncəli insanların, elm adamlarına, beynəlxalq qurumlara və İslam Alimlərinə müraciət edərək istəyirik ki, bu terror cinayətini pisləsinlər. Beynəlxalq ictimaiyyətdən istəyirik ki, Ali Səud rejimi rəsmilərinə təzyiq göstərsinlər ki, öz vətəndaşlarına qarşı bu cür cinayətləri törətməkdən əl çəksin." Teqlər : #Beynəlxalq,#təşkilat,#Səudiyyədəki,#edamla,#bağlı,#bəyanat,#verdi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Əfqanıstanda son 3 ayda ABŞ 305, Taliban və İŞİD isə 227 dinc sakini öldürüb Şri-Lankada yenə PARTLAYIŞ oldu
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO