Beynəlxalq Qüds Konfransı rəhbəri: Qüdsün azadlığı üçün çalışmaq İslam ölkələrinin borcudur 19 May 2020 13:02 Fələstin İran Dini Elmi Hövzələri və Beynəlxalq Qüds Konfransının rəhbəri Ayətullah Əliriza Ərafi Qüdsü azad etmək üçün çalışmağın şəri vəzifə olduğunu söyləyib. Maide.Az İRNA-a istinadla xəbər verir ki, Videokonfransla təşkil edilən Birinci Beynəlxalq Qüds Konfransında danışan Ayətullah Ərafi, bütün İslam dünyasına irqçi İsrail ilə münasibətlərin normallaşmasını qəbul etməmələrini xahiş edib və müxtəlif bəhanələrlə sionist rejim ilə mədəni və media əməkdaşlığından çəkinmələrini istəyib. İranın ABŞ və sionist İsrailə qarşı mübarizənin önündə olduğunu bildirən Ayətullah Ərafi, müqavimətə dəstəyin İslam torpaqlarının son qarışı azad olunana qədər davam edəcəyini söyləyib. Videokonfransla təşkil edilən Birinci Beynəlxalq Qüds Konfransına 18 ölkədən məruzəçilər qatılıb. Dünən başlayan konfrans bu gün də davam edəcək. Bəhreyn İslami Hərəkatının lideri Şeyx İsa Qasim də terrorçu rejimlə İslam ölkələri arasındakı münasibətlərin normallaşmasını pisləməklə, bu vəziyyətin Fələstin mübarizəsi Qüdsə xəyanət olacağını söyləyib. İslam dünyasının ən vacib mövzusunun Qüds və Fələstin mübarizəsi olduğunu bildirən Ayətullah Hüseyin Nuri Həmədani, sionist rejimin mövcudluğunun bölgə və dünya təhlükəsizliyinə təhdid olduğunu və bu rejimin varlığına son qoyulmalı olduğunu və bu xərçəng şişinin bölgədən çıxarılmalı olduğunu deyib. Teqlər : #Beynəlxalq,#Qüds,#Konfransı,#rəhbəri:,#Qüdsün,#azadlığı,#üçün,#çalışmaq,#İslam,#ölkələrinin,#borcudur, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Amerikalı ekspert: 'Fələstinin işğalı və İrana qarşı sanksiyalar qanqster siyasətidir' Mahmud Abbas: İsrail və ABŞ-la imzaladığımız bütün sazişləri pozuruq
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar