Beynalxalq İslam Vəhdət Konfransı işinə başladı 14 Noyabr 2019 15:48 Dünya Noyabrın 14-də İranın paytaxtı Tehranda Beynəlxalq Vəhdət konfransı öz işinə başlayıb. Maide.Az “tasnimnews”-ə istinadən xəbər verir ki, 33-cü beynəlxalq Vəhdət Konfransı, "Əqsa məscidinin müdafiəsində ümmətin birliyi" başlığı altında keçirilir. Bu konfransda İslam Məzhəblərini Yaxınlaşdırma Baş Assambleyasının üzvlərilə yanaşı, dünyanın ən azı 93 ölkəsindən 350-ə yaxın din alimi və fikir sahibləri iştirak edir. Qurani-Kərimin tilavətindən sonra Məzhəblərin Yaxınlaşdırılması Beynəlxalq Assambleyasının baş katibi Ayətullah Möhsün Əraki və Həsən Ruhaninin çıxışı ilə başlayan konfrans, alimlərin nitqlərilə davam edib. Konfransda həmçinin 250-dən çox Əhli-sünnə alimi iştirak edir. İki günlük konfransda İslam dünyasında ən önəmli məsələlər haqqında müzakirələr aparılacaq. Teqlər : #Beynalxalq,#İslam,#Vəhdət,#Konfransı,#işinə,#başladı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Tbilisidə etirazçılar Gürcüstan parlamentinə girişləri bağlayıblar Güclü qar Fransada 140 min evi işıqsız qoydu
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO