Beytül-Müqəddəsdə təhlükəsizlik tədbirləri gücləndirilib

Ümumdünya Qüds Gününün yaxınlaşması ilə sionist rejim Qüdsdə təhlükəsizlik tədbirlərini gücləndirib.
Maide.az xəbər verir ki, sionist rejim radiosu bildirib ki, İsrail Ramazan ayının həssas günlərinin yaxınlaşmasını nəzərə alaraq Qüdsə təhlükəsizlik tədbirlərini gücləndirib. Bu radio unudub ki, sionist rejim ele  Ramazan ayının əvvəlindən 40 yaşdan yuxarı fələstinlilərin Beytül-Müqəddəsin həyətinə daxil olmasını qadağan edib. 
Dünya müsəlmanları hər il  mübarək Ramazan ayının son cümə günündə Ümümdünya Qüds Günü  münasibəti ilə sionist İsrail rejiminin təcavüzləri  qarşısında Fələstin müqaviməti ilə həmrəylik mitinqləri keçirirlər. /
 

Google+ WhatsApp ok.ru