Beytul-Müqəddəsdə sınaqoqa hücum, 7 sionist öldürüldü (Yenilənib - VİDEO) 18 Noyabr 2014 02:00 Dünya Maide.az-ın məlumatına əsasən, fələstinli gənclər Qüdsün qərbində Har-Nuf bölgəsində Yəhudi sınaqoquna hücum ediblər. Harnuf şəhərində yəhudilər qorxuya düşüb. Fövqəladə vəziyyət elan olunub. Ölənlərin sayı 7 nəfər olduğu bildirilir. **** Beytul-Müqəddəsdə bir qrup sionist yəhudiyə hücum olunub, 5 nəfər ölüb, 13 nəfər yaralanıb. Maide.az-ın beynəlxalq KİV-lərə istinadən məlumatına görə, naməlum şəxslər bu gün səhər Beytul-Müqəddəsin qərbində sionist yəhudilərə hücum ediblər. Hadisə nəticəsində 7 sionist yəhudi ölüb, 13 nəfər yaralanıb. Yaralılardan 5 -nin vəziyyəti ağırdır. Məlumata əsasən, hücum edən şəxslərdən iki nəfər öldürülüb. Digər bir nəfər isə qaçıb. Sionist rejim polisi döyüş vəziyyətinə gətrilib, qaçan şəxsin axtarışları üçün vertolyotlar şəhərin üzərində uçuşur. Sionist rejim mətbuatı hücumu təşkil edənlərin Beytul-Müqəddəs şəhərində yaşayan 3 fələstinli gənc olduğunu yazır. / Teqlər : #BeytulMüqəddəsdə sınaqoqa hücum,#7 sionist öldürüldü (Yenilənib VİDEO), Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İŞİD-in hədəfi müsəlmanlardır İran milli internet üçün işləri sürətləndirdi
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO