Beytul-Müqəddəsdə partlayış, 20 nəfər yaralanıb

İşğalçı İsrail mətbuatı məlumat verir ki, Beytul-Müqəddəsdə  partlayış baş verib. 
Maide.az xəbər verir ki, partlayış sərnişin avtobusunda baş verib.  
Partlayış nəticəsində 20 nəfərin yaralandığı bildirilir.

İsrailin kanal 10-u  məlumat verib ki, avtobusdakı sərnişinlərin hamısı israillidir. Yaralılardan 2 nəfərin vəziyyəti ağırdır.  Avtobus  Qüdsdən –Əlxəlilə  gedərkən  partladılıb. 

Bəzi KİV-lər yaralıların dəqiq sayının hələlik məlum olmadığını bildirib.   İşğalçı rejim polisi isə bildirib ki, avtobusda nasazlıq yaranıb, yanğın baş verib. 

 
 

Google+ WhatsApp ok.ru