BMT: Bu qurumun İraq üçün maliyyə çatışmazlığı faciəlidir 05 İyun 2015 01:00 Dünya BMT-nin İraqdakı humanitar yardımların koordinasiya komitəsinin məsul şəxsi bildirib ki, bu ölkə vətəndaşlarına yardım əməliyyatını davam etdirmək üçün növbəti 6 ay ərzində ən azı 500 milyon dollarlıq təcili büdcəyə ehtiyac vardır. Maide.az-ın məlumatına görə, Liza Qranda bildirib ki, dünyanın İraq vətəndaşlarına kömək üçün lazımi büdcəni təmin etmək istiqamətində səhlənkarlıq etdiyi halda, bu qurumun yardım əməliyyatı 50% azalacaq və bu ölkə xalqı üçün ağır insan faciəsi yaşanacaq. Qranda İraq uşaqlarına kömək və onların təhsil imkanlarının təmin olunması, eyni zamanda didərginlər arasında ərzaq, dərman preparatlarının paylanmasını İraqda gələcək nəsilləri qorumaq üçün əsas prioritet adlandırıb və bildirib ki, İraqın gələcək nəsillərinin qorunması onların ehtiyaclarının təmin olunması çərçivəsində baş tuta bilər. BMT rəsmisi İraqdakı hazırkı böhranı dünyanın ən mürəkkəb böhranlarından biri adlandırıb və proqnoz edib ki, hazırda bu qurumun təcili ərzaq və dərman yardımlarına ehtiyaclı olan iraqlıların sayı 8 milyondan 10 milyona artacaq. BMT-nin İraqdakı humanitar yardımların koordinasiya komitəsinin məsul şəxsi xatırladıb ki, İŞİD terror qruplaşmasının cinayətlərinin davam etməsi indiyə qədər 3 milyon iraqlının öz ev-eşiyindən qaçması və 3 mindən çox məkana səpələnməsinə səbəb olub. Teqlər : #BMT: Bu qurumun İraq üçün maliyyə çatışmazlığı faciəlidir , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ABŞ-da baş vermiş atışma nəticəsində 3 nəfər ölüb, 1 nəfər yaralanıb Amerikada 4 milyon dövlət işçisinin məlumatları həkk olunub
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO