BMT: Dünyada 815 milyon insan acdır 13 Oktyabr 2017 01:00 Dünya Dünyada aclıq çəkən insanların sayı 815 milyon nəfərə çatıb. Onların 60 faizi silahlı münaqişə zonalarında yaşayır. TASS xəbər verir ki, bunu cümə axşamı BMT-nin baş katibi Antoniu Quterriş qurumun Təhlükəsizlik Şurasının iclasında deyib. Onun sözlərinə görə, BMT-nin Ümumdünya Ərzaq Proqramı vəsaitlərinin təqribən 80 faizi hərbi əməliyyat zonalarında yaşayan insanlara yardımın göstərilməsinə sərf olunur. "Aclıqdan əziyyət çəkən 815 milyon insandan təqribən 60 faizi münaqişə kölgəsində yaşayır. İnkişafdan geri qalan uşaqların dörddə üçü münaqişələrin toxunduğu ölkələrin payına düşür. Bu münaqişələr həll edilmədikcə və dövlətlərin inkişaf prosesi öz yoluna düşməyincə icmalar və bütöv regionlar aclıq və əziyyət çəkməkdə davam edəcək", - deyə BMT-nin inzibati rəhbəri bildirib. (virtualaz.org) Teqlər : #BMT: Dünyada 815 milyon insan acdır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Əfqanıstanda polis mərkəzinə hücum, 5 ölü BMT: Banqladeşə sığınan Arakanlı müsəlmanların sayı 536 min nəfərə çatıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO