BMT:Hazırda dünyada qaçqın statusu alanların sayı 50 milyonu keçib 01 Oktyabr 2015 01:00 Dünya BMT-nin statistik açıqlamasına görə, hazırda dünyada qaçqın statusu alanların sayı 50 milyonu keçib. Türkiyənin Hərbi Dəniz Qüvvələri bu günədək 53 min 874 miqrantı xilas edib. Ölümü gözə alan miqrantlar isə digər ölkələrə getməkdə davam edirlər. Qeyri-qanuni yolla Yunanıstanın Lesbiyan adasına keçmək istəyən miqrant gəmiləri isə batma təhlükəsi ilə üzləşib. 143 miqrant xilas edilib. Türkiyənin Hərbi Dəniz Qüvvələri bu günə qədər xilas etdiyi miqrantların sayını açıqlayıb. Avropaya qeyri-qanuni yolla keçmək istəyən və dəniz sularında batmaq təhlükəsi ilə üzləşən 53 min 874 nəfər xilas edilib, 2812 nəfərin isə cəsədi çıxarılıb. BMT-nin məlumatına görə, hazırda dünyada qaçqın statusu olan və öz yurdunu məcburən tərk edənlərin ümumi sayı 50 milyon nəfəri keçib. Türkiyədə əksəriyyəti Suriya və İraqdan olan 2,2 milyon qaçqına sığınacaq verilib. Onların burada məskunlaşmasına isə ümumilikdə 7,6 milyard ABŞ dolları sərf olunub. Yunanıstanın Lesban adası sahillərində rezin qayıqlarla hərəkət edən qaçqınlar xilas olunmaq üçün təhlükəsizlik xidməti əməkdaşlarından kömək istəyiblər. Əraziyə Sahil Təhlükəsizlik Xidməti əməkdaşları cəlb olunub.Yunanıstan rəhbərliyinin məlumatına görə, 2 nəfərin həyatını xilas etmək mümkün olmayıb. 47 nəfər isə xilas edilib. Qeyri-qanuni yolla Yunanıstana keçməyə çalışan daha bir miqrant gəmisi isə Çanaqqalada aşkarlanıb. Burada Suriya vətəndaşları olan 96 miqrant saxlanılıb. İtaliyanın Sahil Təhlükəsizlik Xidməti də Aralıq dənizində son 3 gün ərzində 1000-dən çox qaçqını xilas edib. Miqrantların əskəriyyəti Liviya sahillərində aşkarlanıb. Burada 3 gündə 11 bölgədə xilasetmə əməliyyatları keçirilib. Teqlər : #BMT:Hazırda dünyada qaçqın statusu alanların sayı 50 milyonu keçib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru 77 Nəfəri öldürən adamdan ölüm aclığı qərarı Həcc ziyarətində ölən hacılar üçün Seneqalda 3 günlük matəm elan edildi
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO