BMT-nin baş katibi müsəlmanlara qarşı artan ayrı-seçkiliklə bağlı narahatlığını bildirib 18 Noyabr 2015 02:00 Dünya BMT-nin baş katibi Pan Gi Mun müsəlmanlara qarşı, xüsusilə də qaçqın və miqrantların sayına görə artan ayrı-seçkiliklə bağlı narahatlığını bildirib. "Report" xəbər verir ki, bu barədə Pan Gi Mun BMT Təhlükəsizlik Şurasının təhlükəsizlik, inkişaf və münaqişənin səbəblərinə həsr olunmuş iclasında çıxış edərkən məlumat verib. Baş katib Paris, Beyrut və Bağdadın baş verən son terror hücumlarını qınayıb, eləcə də Rusiya təyyarəsinin Sinay yarımadasında partladılma ehtimalını xatırladıb. O qeyd edib ki, dünya ictimaiyyəti "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşması tərəfindən terror təhlükəsi və hədəsinə məruz qalır. Pan Gi Mun "böyük iyirmilik" ölkələrinin antiterror əməliyyatlarında həmrəylik göstərməsini alqışlayıb. Pan Gi Mun Təhlükəsizlik Şurasına münaqişələrin qarşısının alınması haqqında hesabat təqdim edərək Suriyada vətəndaş müharibəsinin artıq beş ildir getdiyini xatırladıb. O bildirib ki, Mərkəzi Afrika Respublikası, İraq, Liviya, Nigeriya, Cənubi Sudan, Ukrayna, Yəmən və başqa ölkələrdə münaqişələr və qanunsuzluq baş alıb gedir. Qeyd edək ki, BMT-nin məlumatlarına görə, 2008-ci ildən bəri aktiv mərhələdə olan vətəndaş müharibələrinin sayı demək olar, üç dəfə artıb. Müasir müharibələrin əsas qurbanları isə mülki əhalidir. 2014-cü ilin sonuna olan məlumata görə, məcburi köçkünlərin sayı 60 milyona yaxınlaşıb. Teqlər : #BMTnin baş katibi müsəlmanlara qarşı artan ayrıseçkiliklə bağlı narahatlığını bildirib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Fransda müsəlmanların qapıları işarələndi - Foto İran Azərbaycanla qaz mübadiləsinə dair müzakirələr aparacaq
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO