BMT-nin daha bir məktəbi bombalandı

İsrail ordusunun fələstinli qaçqınların sığındığı Qəzzadakı Birləşmiş Millətlər Təşkilatının Fələstinli Mühacirlərə Yardım Təşkilatının (UNRWA) məktəbinə təşkil etdiyi hücumda ilkin məlumatlara görə, 20 nəfər dünyasını dəyişib, onlarla adam yaralanıb.
 
Maide.az-ın məlumatına görə, Fələstin hökumətinin keçmiş Səhiyyə Nazirliyi sözçüsü Əşrəf Əl-Kudra bildirib ki, hədəf alınan məktəbə İsrailin Qəzzaya hücumlarında evləri dağıdılan çoxlu sayda ailə sığınıbmış və indi onların cəsədləri toplanır.
 
Qeyd edək ki, İsrail ordusunun 24 iyulda  UNRWA-nın  başqa bir məktəbinə təşkil etdiyi hücumda 15 nəfər dünyasını dəyişmiş, təxminən 200 adam yaralanmışdı.
 
Hücumların başladığı 7 iyuldan bu yana İsrailin hava, quru və dənizdən davam etdirdiyi bombardmanda 252-si uşaq, 94-ü qadın və 50-si yaşlı olmaqla 1261 nəfər dünyasını dəyişib. Həmçinin 1980-i uşaq, 1175-i qadın və 259-u yaşlı olmaqla 7130 nəfər yaralanıb.

Google+ WhatsApp ok.ru