BMT: Qəzzada humanitar durum acınacaqlıdır 14 Sentyabr 2018 01:00 Fələstin Birləşmiş Millətlər Təşkilatının inkişaf agentliyinin (UNCTAD) özünün illik hesabatında Fələstinlilər arasında xüsusi ilə Qəzzada yaşayan fələstinlilər arasında işsizlik səviyyəsinin həddən artıq artdığını və bu bölgədə vəziyyətin fəlakət həddinə çatdığını qeyd edib. Maide.Az “AA”-a istinadla xəbər verir ki, qurumun illik hesabatında işğal olunmuş Fələstin ərazilərindəki işsizlik 2017-ci ildə dünya səviyyəsində ümumilikdə 27 ,4 faiz, Qəzzadakı vəziyyət isə 44 faiz təşkil edib. Hesabatda 11 il mühasirədə saxlanılan Qəzzanın durumu acınacaqlı qeyd olunub. Qeyd olunub ki, 2017-ci ildə fələstinlilər tərəfindən istehsal olunan kənd təsərrüfatı məhsullarının həcmi 11 faiz azalıb. 30 yaşına çatmış fələstinlilərin yarısı demək olar ki, işsizdir Hesabatda qeyd olunu rki, işğalçı İsrail rejiminin Fələstin xalqına qarşı tətbiq etdiyi məhdudiyyətlərin artması və işğalın davamı ilə Fələstinlilərın həyat şəraiti daha da çətinləşib. UNCTAD ABŞ-ın fələstinlilərə yardımının kəsilməsi ilə Fələstin xalqının durumunun daha da ağırlaşacağı haqda xəbərdarlıq edib. UNCTAD bildirir ki, mühasirəyə alınmış ərazilərdə məhdudiyyətlərin aradan qaldırılmasının zəruriliyi xüsusilə vacib olduğunu qeyd edib. Fələstinlilərə beynəlxalq yardım bir il əvvəlki ilə nisbətən 10 faiz azalıb. Teqlər : #BMT: Qəzzada humanitar durum acınacaqlıdır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İsrail ordusu Qəzzada dəniz blokadasına qarşı keçirilmiş aksiyanı atəşə tutub (FOTO/VİDEO) İsrail ordusu 11 yaşlı fələstinli uşağı küçədə həbs edib (FOTO)
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar