BMT Avropada artan İslamofobiaya diqqət yönəldib

Birləşmiş Millətlər Təşkilatının (BMT) Din və Əqidə Azadlığı üzrə xüsusi məruzəçisi Heiner Bielefeldt ABŞ-ın İraqı 2003-cü ildə işğal etməsinin bölgədə din adına törədilən cinayətlərdə artıma səbəb olduğunu, Avropada da islamofobiyanın narahatlıqverici şəkildə artıma meyl göstərdiyini bildirib.
 
Maide.az xəbər verir ki, alman professor Bielefeldt BMT İnsan Hüquqları Şurasına təqdim etdiyi "Dünyada din uğrunda törədilən zorakılıq hadisələri" haqqındakı hesabatla bağlı BMT-nin Cenevrə ofisində keçirdiyi mətbuat konfransında, "İslamofobiya Avropada narahatlıqverici artım tendensiyası göstərir" xəbərdarlığını edib.
 
Almaniyada "Qərbin İslamlaşmasına Qarşı Vətənpərvər Avropalılar" (PEGIDA) hərəkatı haqqında Bielefeldt, "PEGIDA hərəkati islamofobik bir hərəkatdır və "Biz insanları təmsil edirik" deyir. Amma PEGIDA əleyhinə aksiyalar daha böyükdür. PEGIDA-nın "Biz insanları təmsil edirik şüarı" tamamilə axmaqlıqdır. PEGIDA insanları təmsil etmir" şərhini verib. 
 
Dini inancına görə son illərdə on minlərlə insanın öldürüldüyünü, yüz minlərlə insanın sürgünə göndərildiyini, milyonlarla insanın təhdid edildiyini bildirən Bielefeldt, Bağdadda yaşayan katolik din xadiminin ona, "ABŞ-ın İraqı işğalının əvəzini ödəyirik" - dediyini bildirib.

Google+ WhatsApp ok.ru