BMT baş katibinin müavini: ‘İki dövlətli həll imkanı yox olur’ 01 May 2019 09:37 Fələstin Birləşmiş Millətlər Təşkilatı (BMT) baş katibinin siyasi məsələlər üzrə müavini Rozmari Dikarlo iki dövlətli həll prinsipini ortadan qaldıracaq təhlükələrə diqqət çəkib. Maide.Az "Felestin.info"-a istinadla xəbər verir ki, Dikarlo BMT Təhlükəsizlik Şurasının dünən Yaxın Şərqlə bağlı iclasındakı çıxışında siyasi həllin yoxluğunun səylərə zərbə vurduğunu və sülhün reallaşması ehtimalını uzaqlaşdırdığını deyib. O, iki dövlətli həll prinsipinin ilhaq və ərazi qəsbkarlığı siyasətləri səbəbiylə yox olduğuna işarə edib. Fələstin və İsrail tərəflərinin danışıqlar masasına qayıtmalı olduğunu deyən Dikarlo əks təqdirdə mövcud vəziyyətin davam edəcəyini bildirib. Dikarlo Qəzza zolağında münaqişənin əsasının siyasi olduğunu, blokadanın aradan qaldırılması və razılaşma istiqamətində irəliləyiş təmin olunmalı olduğunu qeyd edib. İsrail rejiminin Qəzza zolağına 13 ildir tətbiq etdiyi blokada Qəzza əhalisinin çətinliklər çəkməsinə səbəb olur. Teqlər : #BMT,#baş,#katibinin,#müavini:,#‘İki,#dövlətli,#həll,#imkanı,#yox,#olur’, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İsrail rejimi 15 ildə 3 minə yaxın fələstinlini evsiz qoyub İsrail rejimi qüvvələri 100-dən çox jurnalisti öldürüb
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar