BMT hesabatı Qəzzadakı uşaqların dramını ortaya çıxardı 09 Sentyabr 2014 01:00 Dünya BMT Baş katibinin qarşıdurmalarda uşaqların qorunmasından məsul xüsusi nümayəndəsi Leyla Zerrougui İsrail rejiminin Qəzzaya hücumlarında uşaqların böyük zərər çəkdiyini yazaraq, "Qəzzadakı bu hadisələr dərindən araşdırılmalı və iki tərəfdən də məsullar aşkarlanaraq, məhkəmə qarşısına çıxarılmalı", - deyib. Zerrougui BMT Təhlükəsizlik Şurasında təşkil edilən "Silahlı qarşıdurmalar və uşaqlar" mövzulu yığıncaqda hazırladığı hesabatı Şuraya təqdim edərək, başda İraq, Suriya və Qəzza olmaqla dünyanın bir çox nöqtəsindəki silahlı qarşıdurmalarda ən böyük zərəri uşaqların gördüyünü söyləyib. İŞİD terror təşkilatının Suriya və İraqda vəhşi qırğınlar törətdiyini və insan həyatını heçə saydığını vurğulayan Zerrougui, "İraqda yeni ildən bu yana 700 uşaq öldürüldü, ya da şikəst edildi", - deyib. O, İŞİD-in 13 yaşlı uşaqlara belə silah verdiyini, bəzilərini intihar komandosu kimi istifadə edildiyini vurğulayıb. Zerrougui uşaqlara qarşı güc tətbiqi ilə məşhur olan Boko Haram terror təşkilatının da xüsusilə məktəb yaşlı uşaqları hədəf aldığını vurğulayaraq, "Boko Haram keçən il 100 şagird ilə 70 müəllimi öldürdü" deyə danışıb. Teqlər : #BMT hesabatı Qəzzadakı uşaqların dramını ortaya çıxardı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İşğalçıların keçmiş prezidenti terrordan danışdı Gürcüstanda prezidentlə baş nazir arasında `ABŞ qalmaqalı`...
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO