BMT Səudiyyə rejimindən Şeyx Nəmrin edamı ilə bağlı qərarın ləğvini tələb edir

 BMT Səudiyyədə Əhli-beyt (ə) ardıcılı Şeyx Baqir Ən-Nəmrlə bağlı bəyanat yayıb. Təşkilat Səudiyyə Ərəbistanı rejimindən Şeyx Baqir Ən-Nəmr haqqında çıxarılan edam qərarından imtina etməyi tələb edib, - "Şəfəq".

Bu barədə BMT-nin yaydığı rəsmi bəyanatda bildirilir. BMT Səudiyyə rejimindən müxaliflərin sıxışdırılması və onlar barəsindən bu kimi qərarların verilməsi təcrübəsindən imtina etməyə çağırıb.

Xatırladaq ki, oktyabrın 14-də Səudiyyə rejim məhkəməsi Şeyx Nəmr haqqında edam qərarı qəbul edib. Ali-Səud rejimi tərəfindən həbsdə saxlanılan ruhaninin qardaşı Məhəmməd Ən-Nəmr bu faktı təsdiq edib və deyib ki, məhkəmə qərarından apelyasiya şikayəti veriləcək.

Ayətullah Şeyx Nəmr Səudiyyə Ərəbistanı şiələrinin tanınmış alimlərindən biridir. O, 8 iyul 2012 tarixində Səud rejimi tərəfindən həbs edilib.

Səudiyyə Ərəbistanı rejiminin bu istəyi yerli və beynəlxalq hüquq təşkilatları tərəfindən böyük etirazla qarşılanıb. Böyük müctəhidlər Səudiyyə Ərəbistanın bu istəyinə qarşı etiraz bəyanatları yayıblar.deyerler/

Google+ WhatsApp ok.ru