Bolqarıstanda türklərə qarşı etirazlar səngimir

Bolqarıstanda türklərə qarşı etirazlar səngimir

Bolqarıstanda 10 gündür ki, Tuklərə və Ruminiyalara qarşı başladılan etirazlarda hadisələr səngimək bilmir. Hadisə zamanı xeyli sayda gənclərin yaralandığı deyilir.
 
Bölgədə yaşayan Türklər evlərindən çıxa bilmir və sosial mediadan təhdidlər almaqdadır.
 
Türklərin sıx olaraq yaşadığı Asenovgrad şəhərində və başqa şəhərlərdən gedən 7 mindən çox etirazçının toplandığı və çıxan hadisələrdə 9 adamın həbs edildiyi  bildirilir.
 
DOST Partiyasının səlahiyyətlisi, “etirazlara gətirib çıxaran hadisə Ruminiyalarla Bolqarlar arasında çıxmasına baxmayaraq,  qəsdən Türkləri hədəf alır” dedi.
 
26 İyunda Türklərin pikniqə getdiyi bir yerdə iki Bolqar kürekçi qız suya düşmüş, Türklərin qızlara kömək etməyə çalışdığı ancaq Bolqar qızlar kömək təşəbbüsünü səhv anlayaraq polisə "sarkıntılık etdikləri"ni düşünərək şikayət etmişdi. Bolqarlar’ın Türklərə hücum etməsi sonrası çıxan hadisələr böyümüşdü.
 
Türkləri təmsil edən DOST Partisi Asenovgrad bələdiyyə Başkanı Taner Alimolla əksinə, bu hadisələrin Ruminiyalilar tərəfindən başladığını söylədi. Ruminiya liderləri isə bu iddiaları rədd edir. Ruminiyalıların siyasi partiyasi DROM lideri Iliya Iliyev olaylardan sonra “Asenovgrad’da Romanlar yaşamır” deyərək hadisələrin məsuliyyətini Türklərin üzərinə atdı.
 
Həbs olunanların bu gün Filibe şəhər məhkəməsinə çıxarılacaqları gözlənilir. (azadliq.info) /

Google+ WhatsApp ok.ru