Braziliyalı deputat:İslamın dinc yanaşı yaşamağa dəvət etməsi şübhəsizdir

Braziliya parlamentinin deputatları “Diniz etiqad azadlığı” adlı forum keçirib.
 
Maide.az xəbər verir ki, Braziliya parlamentinin deputatı və ölkə parlamentində Dini azadlıqlar Cəbhəsinin sədri Morini Turqan forumda çıxış edərək deyib: İslamın dinc yanaşı yaşamağa dəvət etməsi aydın və şübhəsizdir, və dinlərin təlimləri ilə bəzi şəxslərin subyektiv rəftarları arasında fərq qoymaq lazımdır.
 
Braziliya İslam məsələləri Ali Şurasının müavini Şeyx Əbdülhəmid Motəvəlli forumda bildirib: Əgər İslamın salamlaması “Salam”-dırsa, heç kim İslamı zorakılıq və ya terror dini olmaqda ittiham edə bilməz.
 
O əlavə edib: İman bütün bəşəriyyətin xilaskarıdır və dini azadlıq mühüm bir istəkdir, xüsusilə də, sülh və dostluq diyarı olan Braziliyada.
 
İslam şurasının sədr müavini qeyd edib: Sülh- bütün İlahi peyğəmbərlərin, o cümlədən Hz. Musa, Hz. İsa və Hz. Mohəmməd (s) dəvət çağırışıdır, buna görə də, terrorist müsəlman deyil və müsəlman da terrorist deyil.
 
İslam Şurasının sədri Şeyx Xalid Rezq Təqyoddin forumun keçirilməsi münasibətilə ölkə prezidentinə müraciət ünvanlayaraq, deyib: Braziliya müsəlmanları cəmiyyəti ölkənin bütün qanunlarına tam hörmətlə yanaşdıqlarını bildirir və Braziliya xalqının mənafeyini və ölkənin milli təhlükəsizliyini hədəəfə alan istənilən təhdidlə üzləşməyə hazırdırlar./ 

Google+ WhatsApp ok.ru