Britaniyada 25 min təkfirçi var

Britaniyada 25 min təkfirçi var

Avropa Birliyinini terrorizm ilə mübarizə üzrə koordinatoru Gilles De Kerçov Britaniyada  25 min təkfirçinin olduğunu bildirib. 
 
Maide.Az xəbər verir ki, PressTv-nin verdiyi məlumata görə, Gilles De Kerçov deyib ki, bu sayda ifratçının Britaniyada yaşaması bu ölkəni və Avropa Birliyini terror təhdidləri qarşısında qoya bilər. 
 
Avropalı rəsmi qeyd edib ki, Avropa üzrə müəyyən edilmiş təkfirçilərin çoxu Britaniyadadır. Britaniya son aylarda misli görünməmiş terror aktları ilə üz-üzədir. 
 
Orta şərqdə xüsusiylə Suriya və İraqdakı terrorçulara hərhansı yardımdan çəkinməyən Avropa ölkələri İŞİD terrorçularının avropalı üzvlərinin geri qayıtması nəticəsində terror hücumları ehtimalı ilə üzləşib. 
 

Google+ WhatsApp ok.ru