Britaniyada avtobuslarının üzərində Quranın bu  ayəsi yazıldı – KAMPANİYA

Britaniyada avtobuslarının üzərində Quranın bu ayəsi yazıldı – KAMPANİYA

Britaniya İslami Yardım Təşkilatı “Ramazan istəyi” kampaniyasına start verib. 
 
Maide.Az xəbər verir ki,  kampaniya çərçivəsində Britaniyada şəhərdə sərnişin daşıyan avtobusların üzərinə “Maidə” surəsinin 32-ci ayəsi yazılaraq insanları  ehtiyaclılara, yoxsullara,  təbii fəlakət və müharibədən əziyyət çəkən şəxslərə Ramazan ayında yardım etməyə dəvət olunub. 
 
Kampaniya çərçivəsində toplanan  vəsait  dünyanın 30-dan çox ölkəsində yoxsullara və ehtiyaclılara çatdırılacaq. 
 
Avtobusların üzərində belə yazılıb. “Siz Maidə surəsinin bu ayəsinin istədiyi şəxs ola bilərsinizmi? ...  kim can qisası (haqqına malik) olmadan və ya yer üzündə fitnə-fəsad törətməmiş bir insanı öldürsə (ya İslamdan küfrə aparsa), sanki bütün insanları öldürmüşdür  və kim bir insana həyat bəxş etsə (ölümdən nicat versə, yaxud küfrdən İslama gətirsə), sanki bütün insanları diriltmiş (və hidayət etmiş)dir. ..” 
 
Qeyd edək ki, bu təşkilat 35 ildir ki, dünyanın müxtəlif ölkələrində yardım  xidmətləri göstərir.

Google+ WhatsApp ok.ru