Britaniyalı radikal məsciddən üzr istədi

Britaniya sağçı qruplaşmasının keçmiş üzvü radikallar sırasını tərk edib. O, keçmiş həmfikirlərinin miliyyətçi baxışlarını etiraf edərək islamafob addımlarına görə məscidə gələrək, müsəlman icmasından üzr istəyib.
 
Maide.az xəbər verir ki, "Britain First" radikal qruplaşmasının 25 yaşlı keçmiş üzvü Metyu Lester müsahibəsində, "hesab edirdim ki, bütün bunlar xalq naminə edilir, sən demə, reklam üçün imiş. Mahiyyət etibarı ilə bu diqqət cəlb etmək üçün idi, nəinki məqsədyönlü şəkildə hər hansısa problemləri həll etmək. Onlar ekstremistləri təqib etmirlər, onlar məhz müsəlmanları təqib edirlər", - deyə bildirib. 
 
Qeyd edək ki, qruplaşma üzvləri məscidlərə daxil olaraq müsəlmanları açıq aydın hədələyirlər. 
 
Lester deyir, "Mən məscidə gəldim, ayaqqabılarımı və papağımı çıxartdım. Onlar isə dedilər: "Allah qəlblərdən agahdır, biz isə bunu dərhal hiss edirik, çünki sən məscidə gəlib, üzr istəmək üçün cəsarət toplamısan"".//

Google+ WhatsApp ok.ru