Brüsseldə partlayışlar nəticəsində yaralananların sayı 230-a çatdı

Brüsseldə hava limanı və metroda baş verən partlayışlar nəticəsində yaralananların sayı 230-a çatıb. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.
 
Belçika DİN-in məlumatına əsasən, onlardan 100-ü aeroportda baş verən partlayış nəticəsində yaralanıb, 130 nəfər isə - metroda.
 
Xatırladaq ki, bu gün Belçikanın paytaxtı Brüsseldə, aeroportda və metro stansiyalarında baş verən silsilə partlayışlar nəticəsində 34 nəfər ölüb./
 

Google+ WhatsApp ok.ru