Brüsseldə hökumətin iqlim dəyişikliyi ilə bağlı siyasətləri tənqid olundu 03 Dekabr 2018 13:51 Dünya BMT-nin qlobal istiləşmə ilə bağlı iclasının Polşada işə başlaması ərəfəfəaində minlərlə insan küçələrə çıxıb hökumətin iqlim siyasətinə etiraz əlaməti olaraq Brüsseldə aksiya keçirib. Maide.Az xarici KIV-lərə istinadla xəbər verir ki, bazar günü Belçikanın paytaxtı Brüsseldə keçirilən aksiyada , etirazçılar Belçika hökumətindən iqlim dəyişiklikləri qarşısındakı öhdəliklərinə əməl etməsini tələb edib. Aksiya iştirakçıları 2015-ci il Paris iqlim anlaşması qarşısındakı öhdəliklərin həyata keçirilməsini istəyib. Paris iqlim anlaşmasına əsasən, məhdudlaşdırıcı siyasətlər ilə qlobal istiləşmənin önlənilməsinə səy göstərilməli və bu yolla Yer kürəsinin ümumi temperaturu 1.5 dərəcə aşağı salınmalıdır. Aksiya iştirakçıları həmçinin, yenilənən enerji resurslarından istifadəyə daha artıq diqqətin göstərilməsi, tullantıların yenidən emal edilməsinə dair şüarlar səsləndirib. Şənbə günü Polşanın Katovits şəhərində işə başlayan və iki həftə davam edəcək BMT-nin iqlim dəyişiklikləri iclasında qlobal istiləşmə və iqlim dəyişiklikləri ilə mübarizə yolları müzakirə ediləcək. Qlobal istiləşmə və iqlim dəyişiklikləri ilə bağlı nigaranlıqlara baxmayaraq, ABŞ hökuməti 2017-ci ildə Paris İqlim Anlaşmasından çıxdığını elan edib. 195 ölkə Paris İqlim Anlaşmasını imzalayıb. Teqlər : #Brüsseldə,#hökumətin,#iqlim,#dəyişikliyi,#ilə,#bağlı,#siyasətləri,#tənqid,#olundu, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ABŞ ordusununun admiralı Bəhreyndə ölü tapıldı Fransa hökumətindən geri addım
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO