Bu gün Fəcr ongünlüyü bayram şənliklərinə start verilib 01 Fevral 2020 09:28 Dünya Bu gün 12 Bəhmən 1357-ci il (1fevral, 1979-cu il) İslam İnqilabının banisi və mərhum rəhbəri İmam Xomeyni (rəh.) 15 il Türkiyə, İraq və Fransada sürgün həyatı yaşadıqdan sonra vətənə döndüyü günün 41-ci il dönümüdür. Maide.Az xəbər verir ki, bu münasibətlə ölkənin hər bir yanında bayram şənlikləri təşkil olunur və bir sıra mərasimlər keçirilir. Bu gündə İmam Xomeyninin (rəh) Mehrabad hava limanından Behişt Zəhraya getdiyi yolda motorsikletçilər parad keçirməsi,İmam Xomeyninin getdiyi yola vertolyotla güllərin səpələnməsi nəzərdə tutulub.Yollar güllə bəzədilib, kilsələrin, kinisələr və digər dini məkanlarda zənglər səsləndirilib, gəmilər və qatarları sıqnallar verib. Bu gün Tehranda İmam Xomeynini tarixdə görünməmiş izdiham qarşılayıb. Tehranın Mehrabad hava limanında qısa çıxışdan sonra İslam İnqilabının şəhidlərini ziyarət etmək üçün Behişte-Zəhra qəbiristanlığına gedib, xalq qarşısında günün məsələlərindən danışıb. İmam Xomeyni İrana qayıdandan 10 gün sonra, 22 Bəhməndə (11 fevral, 1979-cu il) İranda əzəmətli İslam İnqilabı qəti qələbə çalıb. İmam Xomeyninin (r) İrana döndüyü 12 Bəhməndən inqilabının qələbə çaldığı 22 Bəhmənə qədər İslam İnqilabının "Fəcr dekadası" (Fəcr Ongünlüyü) adlandırılır. Hər il bu münasibətlə “Fəcr ongünlüyü” bayram şənlikləri İranla yanaşı dünyanın müxtəlif ölkələrində təntənəli qeyd olunur. "Fəcr ongünlüyü" bayram şənlikləri çərçivəsində bəzi ölkələrdə İranın mədəniyyət günlərinin keçirilməsi nəzərdə tutulub. Teqlər : #gün,#Fəcr,#ongünlüyü,#bayram,#şənliklərinə,#start,#verilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Gürcüstandan Rusiyaya gedən beynəlxalq əhəmiyyətli yeganə avtomobil yolu bağlanıb Bu gün ‘Beynəlxalq Hicab Günü’dür
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO