Bu gün Liviyada müvəqqəti hökumət elan edilə bilər

Mərakeşdə Liviyanın taleyinin həll olunduğu müzakirələrə rəhbərlik edən BMT-nin Liviviya üzrə xüsusi təmsilçisi Bernardinyo Leon bu gün keçid hökumətinin elan edilə biləcəyini söyləyib.
Maide.az xəbər verir ki, bu axşam Liviyanın paytaxtı Trablusda Ümummili Konqres keçiriləcək.
B.Leon bildirib ki, bu Koqresdə milli keçid hökuməti üçün təklif ediləcək şəxslər müəyyənləşdiriləcək.
Məlumat üçün bildirək ki, ölkədəki silahlı münaqişələrə bə böhrana son qoymaq məqsədilə Liviya Siyası Anlaşması imzalanıb.
Hazırda Trablus və Tobruk idarəediciləri ortaq həll yolunu axtarır.
Hazırda ölkədə biri Tobrukda (Təmsilçilər Məclisi), digər isə Trablusda (Ümumilli Konqres) olmaqla iki məclisi və rəqib idarəedici qurum var.
Xatırladaq ki, 17 fevral 2011-ci ildə Liviyada baş verən inqilabdan sonra ölkədə siyasi sabitlik pozulub, müxtəlif rəqib qruplar arasında silahlı münaqişələr baş verib.  /
 

Google+ WhatsApp ok.ru