Bura ABŞ-in Dearborn şəhəridir – Ramazan ayında burada ...

Bura ABŞ-in Dearborn şəhəridir – Ramazan ayında burada ...

ABŞ-ın Miçiqan əyalətinin Dearborn şəhəri hər il Ramazan ayında müsəlmanların böyük coşqu ilə toplantı mərkəzinə çevrilir. 
 
Maide.Az "MEE" xəbər saytına istinadən məlumat verir ki, Ramazan ayı boyunca bu şəhərin hər bir yerində Ramazan nişanəsini hiss etmək mümkündür. 
 
Gün ərzində və axşamlar bu şəhərdə tixac müşahidə olunsa da, iftar vaxtında şəhər xəlvət olur. Şəhərdə şirniyyat mərkəzləri 7 gün 24 saat fəaliyyət göstərir.  Kafe və restoranlar isə işlərini günün ikinci yarısı başlayır və daha çox gecə saatlarında müştərilərə xidmət göstərir. 
 
Bu şəhərdə evlər Ramazan ayı və Fitr bayramı münasibəti ilə bəzədilir. 
 
Bu şəhərdə Ramazan ayına aid mərasimlər qeyri-müsəlmanları da özünə cəlb edib. Belə ki, onlar da öz müsəlman qonşularının iftar qonaqlıqlarında iştirak edir.  
 
Restoranlarda menyulara Ramazan ayına özəl yeməklər əlavə olunub.
  
Ramazan ayında bu şəhərdə yoxsullar da unudulmur. Belə ki, hər gün ehtiyaclı ailələrə isti yeməklər paylanılır.

Google+ WhatsApp ok.ru