Bu sistem 100 ildə 100 milyon insan öldürüb - ABŞ 08 Noyabr 2017 02:00 Dünya -- Ağ Evin Rusiyada Oktyabr inqilabının 100 illiyi ilə bağlı verdiyi bəyanatda belə deyilir Ağ Evin Rusiyada Oktyabr inqilabının 100 illiyi ilə bağlı verdiyi bəyanat geniş müzakirə mövzusuna çevrilib. Axar.az xəbər verir ki, Ağ Ev Oktyabr inqilabından keçən 100 il ərzində yüz milyondan çox insanın "totalitar kommunist rejimi"nin qurbanı olduğunu açıqlayıb. ABŞ Prezidenti Donald Tramp administrasiyasının bəyanatında deyilib: “Bolşevik inqilabı Sovet İttifaqının yaranmasına və repressiv kommunizmin qaranlıq onilliklərinə, azadlıq, rifah və insan həyatına layiqli münasibət ilə uyğun olmayan siyasi fəlsəfənin yaranmasına gətirib çıxardı”. Ağ Evin müvafiq bəyanatına Rusiyada ilk reaksiya verənlərdən biri senator Aleksey Puşkov olub. Puşkov Tramp administrasiyasının bəyanatını təbliğat adlandırıb. “Kommunist rejimləri tərəfindən öldürülmüş 100 milyon – şişirdilmiş rəqəmdir. Hitler də daxil olmaqla, imperialist rejimlər heç də daha az öldürməyib. Təbliğat”, - Puşkov yazıb. Qeyd edək ki, Rusiyada Oktyabr inqilabı və ya Böyük Oktyabr Sosialist inqilabı 1917-ci ilin 25 oktyabrında (yeni təqvimlə 7 noyabr) baş vermişdir. Teqlər : #Bu sistem 100 ildə 100 milyon insan öldürüb ABŞ, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Türkiyə və İran razılığa gəldi: İraqda PKK-ya qarşı əməliyyatlar başlayır Ukraynada Quran yarışması keçirilib - FOTO
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO