BVF: Yunanıstan borcunu ödəmədi 01 İyul 2015 01:00 Dünya Beynəlxalq Valyuta Fondu (BVF) Yunanıstanın vaxtı 30 iyunda dolan borclarını ödəmədiyini açıqlayıb. Uzun zamandır iflasın kandarında olan ölkə beləliklə 7-ci dəfə öhdəliyini yerinə yetirə bilməyib. Maide.az xəbər verir ki, BVF mətbuat sözçüsü Gerry Rays yazılı açıqlamada təxminən 1,5 milyard avro dəyərindəki geri ödəməsini yerinə yetirməyən Yunanıstanın borcları üçün əlavə müddət tələb etdiyini bildirib. Sözügedən tələbin BVF İdarə Heyəti tərəfindən qiymətləndiriləcəyini qeyd edən Rays, Yunanıstana, ancaq gecikmiş borclarını ödəməsi halında, maliyyələşdirmə əldə olunacağını bildirib. Rəsmi kreditorları ilə razılığa gəlməməsi səbəbindən 7-ci dəfə öhdəliyini yerinə yetirməyən Yunanıstan, BVF-yə borclarını vaxtında ödəməyən ilk inkişaf etmiş ölkə kimi tarixə düşüb. Teqlər : #BVF: Yunanıstan borcunu ödəmədi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Kral İnstitutu Qarabağ separatçılarının liderini Londona dəvət edib Həcc ziyarəti ilə bağlı daha bir qadağa
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO