Böyük Britaniyada İslamı qəbul edənlər 2 dəfə artıb

Böyük Britaniyada İslamı qəbul edənlər 2 dəfə artıb

Qeytstoun institutunun (İnstitute Gatestone) hesabatında bildirilir ki, 2020-ci ildə Londonda məscidlərə gedən müsəlmanların sayı 683 minə yüksələcək. Bu müddətdə kilsədə ibadət edənlərin sayının 679 minədək azalacağı bildirilib.
 
Hesabatda, həmçinin Londonda 423 yeni məscidin inşa edildiyi və 500 kilsənin də ziyarət edilməməsi səbəbilə bağlanıldığı qeyd olunub.
 
Xristian məbədlərinin qədim binaları yaşayış evlərinə, bəzi hallarda isə məscidlərə çevrilir. Birləşmiş Xayatt kilsəsi və Müqəddəs Petro kilsəsi bu qəbildən nümunə göstərilə bilər.
 
"Təkcə binaları deyil, insanlar da İslam dininə üz tuturlar. İslam dinini seçənlərin sayı iki dəfə artıb", ifadəsi hesabatda qeyd olunub. (deyerler) /

Google+ WhatsApp ok.ru