Cənubi Asiya ölkələrində sel və daşqınlarda 221 nəfər ölüb

Cənubi Asiya ölkələrində sel və daşqınlarda 221 nəfər ölüb

Hindistan, Banqladeş və Nepal dünya səviyyəsində təsirini davam etdirən yeni  növ korona virusu (Covid-19) epidemiyası ilə birlikdə güclü yağışların yaratdığı sel fəlakəti ilə mübarizə aparır. 
 
Maide.Az  “İHA”a istinadla xəbər verir ki,  may ayından bəri Hindistan, Banqladeş və Nepalda yağan güclü yağış səbəbindən çayların daşması nəticəsində yaşayış məntəqələri su altında qalıb. Vətəndaşlar daşqının yaşandığı bölgələrdə evlərini tərk etməli olsalar da, seldən qurtula bilməyən milyonlarla yerli vətəndaş evlərində sel suları arasında qalıb. 
 
Hindistan, Banqladeş və Nepaldakı səlahiyyətlilərin verdiyi açıqlamalarda, son bir ayda yağan güclü yağışdan sonra meydana gələn seldə ən az 221 nəfər ölüb. Çinin Tibet, Hindistan və Banqladeş ərazisindən keçən Brahmaputra çayındakı suyun səviyyəsi, Hindistanın bir çox ştatında selə səbəb olub. Daşqın və ən çox ziyan görən Assam əyalətində təxminən 3 milyon insan evsiz qalıb. Hindistan rəsmiləri daşqın və torpaq sürüşmələrinin ölkənin şimal-şərqində ən azı 18 nəfərin ölümünə səbəb olduğunu bildirib. Səlahiyyətlilər, torpaq sürüşməsi və daşqınlar nəticəsində ölənlərin sayının 101'e yüksəldiyini açıqlayı.  Assam əyalətindəki bir meşə sahəsinin 90 faizinin suyun altında olduğu və meşədəki yüzlərlə heyvanın məhv edildiyi bildirilir. Hindistanın ən kasıb əyaləti olaraq bilinən Biharda daşqınlar səbəbindən yollar və körpülər dağılıb və yüzlərlə vətəndaş evsiz qalıb.
 
Nepal Daxili İşlər Nazirliyinin səlahiyyətliləri, son bir ayda musson yağışlarının yaratdığı daşqınlar nəticəsində ölkədə 117 nəfərin öldüyünü bildirdi. Daşqında itən 47 nəfər hələ tapılmasa da, 126 nəfər yaralanıb.
 
Cənubi Asiya ölkələrində musson yağışları Banqladeşdə təsir göstərib. Belə ki, ölkənin cənub bölgəsində yerləşən şəhərlərdə aylardır davam edən leysan yağışları nəticəsində yaranan sel nəticəsində 3 nəfər ölüb, 1 milyona yaxın vətəndaşın evlərini su basıb.  
Yağış suları paytaxt Dakanın yollarını bir gölə çevirdikdə, ölkənin bir çox kənd təsərrüfatı torpaqları da su altında qalıb. 
 

Google+ WhatsApp ok.ru