Cavad Zərif: `İsrail` NPT sazişini pozub

İran xarici işlər naziri sionist rejimin Nüvə Silahlarının Yayılmamasına dair Sazişə qoşulmaqdan imtina etməsinə toxuanraq deyib: Bu rejim bu beynəlxalq sazişdə nəzərdə tutulan zəruri məsələləri pozub.
 
Məhəmməd Cavad Zərif Nyu-Yorkda jurnalistlərə verdiyi müsahibədə bidirib: İsrail rejiminin atom silahları və bu rejimin beynəlxalq ictimaiyyətlə əməkdaşlıqdan çəkinməsi Nüvə Silahlarının Yayılmamasına dair Sazişin qloballaşmasının əsas maneələrindəndir. 
 
Nüvə Silahlarının Yayılmamasına dair Sazişə baxış konfransında iştirak etmək məqsədilə Nyu-Yorka səfər edən İran xarici işlər naziri nüvə tərksilahı prosesində anlaşmaların əldə olunması və Nüvə Silahlarının Yayılmamasına dair Sazişin icra olunmasını önəmli adlandırıb.

Google+ WhatsApp ok.ru