Cümə məscidinin həyətində böyüyən qədim çinar ‘Rusiyada İlin Ağacı’ seçilib - FOTO

Cümə məscidinin həyətində böyüyən qədim çinar ‘Rusiyada İlin Ağacı’ seçilib - FOTO

Dağıstanın Dərbənd rayonunun tarixi ərazisindəki qədim Cümə məscidinin həyətində böyüyən 283 yaşlı çinar “Rusiyada İlin Ağacı – 2020” milli yarışmasında qalib gəlib.
 
Bu barədə “RİA Novosti” xəbər yayıb.
 
Bildirilir ki, şərq çinarı üçün 39 082 səs verilib.
 
Qalib gələn ağac 2021-ci ildə keçiriləcək “Avropada ilin ağacı” beynəlxalq müsabiqəsində Rusiyanı təmsil edəcək. /oxu.az/
 
 
 
 
 

Google+ WhatsApp ok.ru