Colan təpələri - 50 il təcavüzün səbəbləri

Colan təpələri  -  İşağlçı İsrail rejiminin 50 illik təcavüzü.

İşğalçı İsrailin  baş naziri Netanyahu bir müddət öncə nazirlər kabinetinin iclasını Colan təpələrində keçirtdi və iddia etdi ki, bu təpələrdən geri çəkilməyəcək. 
 
Ondan sonra BMT Təhlükəsizlik Şurası Suriya ərazisində yerləşən  Colan təpələrinə dair işğalçı İsrail rejiminin malikiyyət iddiasını  qəbul etmədi. BMT TŞ-nin  üzvləri  bildiriblər ki, İsrailin  Colan təpələrini zorla ələ keçirməsi səhv addımdır və beynəlxalq qanunlara ziddir. Bu təpələr Suriyaya məxsus ərazilərdir. 
 
Colan təpələri nə üçün önəmlidir? İşğalçı  rejim nəyin arxasıncadır? 

Maide.Az  bu suallara cavab tapmağa çalışıb.

Colan təpələri ,  Qərbi Asiyada stratejik bir məkandır:
 
-  Suriyanın cənub-qərb, İşğal olunmuş ərazilərin şimali-şərqində yerləşir
 
-  Dəməşqin 70 kilometrliyindədir
 
- 1860 kvadratkilometr  ərazisi var
 
- 1250  kvadratkilometri  işğal olunub (təqribən 67 faiz)  
 
- 1967-ci ildə baş vermiş Altı günlük müharibə zamanı İsrail tərəfindən işğal edilib
 
- İşğalın ilk günü 90 min nəfər bu bölgədən çıxardılıb 
 
İşğalçı İsrail rejimi  Colan təpələrini İsrailin ayrılmaz bir parçası hesab edir. 
 
 
Colan təpələrinin stratejik əhəmiyyəti: 
 
- Fələstinlilərin cəbhəsinə  girmək üçün önəmli keçiddir
 
- Tel Aviv rejiminə  Suriyanın hərbi  hərəkətlərinə nəzarət və casusluq etmək imkanı yaradır.
 
- Colan təpələri coğrafi mövqeyinə görə İşağlçı  rejim hərbiçilərinə asan müdafiə imkanı yaradır.
 
 
Colan yüksəkliyin su  resurları: 
 
- İşğalçı sionist rejim içməli suyunun  55  faizini Colan təpələrindən təmin edir. 
 
- Bu yüksəklikdə uzun  müddətli əvəz olunmaz su ehtiyatı  vardır.
 
- Sionist rejim Colan təpələrinin  600 milyon kubmetr su ehtiyatına nəzarət edir. 
 
 
 
 

Google+ WhatsApp ok.ru