İŞİD-in Kərbəlaya hücumunun qarşısı alınıb

İraqın Amiriyyə və Fəllucə məntəqəsinin şura rəisi Şakir Mahmud İraq və Şamda İSRAİL Dövlətinin (İŞİD) təkfirçi terrorçularının Kərbəlaya hücumunun qarşısını aldığını bildiirb. 
Maide.az-ın Shiaonline-a istinadən məlumatına əsasən, O, mətbuata verdiyi açıqlamasında deyib ki,  İŞİD əl-Ənbar əyalətində pusqu qurmuşdu. Onlar Kərbəlaya hücum etmək istəyirdilər. Lakin bizim qüvvələr tərəfindən hücumun qarşısı alınıb. 
Biz bu işi xalq qüvvələrinin yardımı ilə etdik. Xalq qüvvələrinin 150 döyüşçüsü əməliyyatda iştirak edib. Bundan əlavə bir neçə qırıcı da əməliyyata dəstək verib.  Əməliyyat dəqiq olaraq əl-Ənbar əyalətinin şərq, Kərbəlanın qərb tərəfində, Ruzaza və Aba məntəqəsində həyata keçirilib. 
Qeyd edək ki, İŞİD terrorçuları dəfələrlə Kərbəlaya hücum etmək istəyiblər. Lakin onların hücumlarının qarşısı alınıb. Onların son hücumunun təqribən 10 gün əvvəl, Kərbəlanın 31 km-liyində qarşısı alınmışdı./ 

Google+ WhatsApp ok.ru