İŞİD-in sevdiyi həblər Səudiyyə şahzadəsinin təyyarəsində nə gəzirdi?

Səudiyyə şahzadəsinin “Keptaqon” həblərindən ibarət böyük yüklə saxlanıldı. Bu psixotrop həblər terror qruplaşmaları, xüsusilə də İŞİD üzvləri arasında çox istifadə olunan həblərdir. 
Maide.az  xəbər verir ki, şahzadə “Əbdülmohsen Bin Ali Səud” ötən bazar ertəsi günü 2 ton keptaqon həbləri ilə Beyrut hava limanında saxlanıldı.
Livan rəsmilərinin məlumatına görə, bu indiyədək Beyrut hava limanında aşkar edilən ən böyük narkotik maddə partiyasıdır.
“Rəy əl-Yovm” xəbər saytı bildirib ki, 2014-cü ilin aprel ayında da 15 milyon Keptaqon həbi Beyrut limanında aşkar edilmişdi.
Bu, dəyəri təxminən 280 milyon dollar olan yeni partiyada 12 milyon həb var idi və xüsusi bir təyyarə ilə  “bufer” zonaya aparılması nəzərdə tutulurdu.
Fransanın Liberasion qəzeti yazır ki, Keptaqon və ya “Fentanil” həbi insanda bir növ rahatlıqvə sabitlik hissi oyatmaq üçün qəbul edilir və adətən ruhi zərbə, depressiya və ya əqli xəstəliklərdən əziyyət çəkən insanlar ondan istifadə edir.
İndi isə bu həb çox böyük bir miqdarda İŞİD kimi terror qruplaşmasına verilir, belə ki intihar hücumları təşkil edən insanların üzündə heç bir narahatlıq və qorxu görünmür.
Daha əvvəl BBC də yaydığı xəbərdə Keptaqonu “Suriyada döyüş həbləri” adlandırmışdı. Son nəticədə, bu həb beynin zədələnməsinə və onun əsəb hüceyrələrinin məhvinə səbəb olur. /
 

Google+ WhatsApp ok.ru